Muxtar  KAZIMOĞLU
(İMANOV)

Azərbaycan Milli Elmlər Akademiyasının Folklor  İnstitutunun  direktoru,
akademik

 

 

 

 

 








 




   
   
   
 
   
   
24.10.2018

Akademik Muxtar İmanov BDU-nun Filologiya fakültəsində ustad dərsi keçmişdir

Oktyabrın 24-də AMEA Folklor İnstitutunun direktoru, akademik Muxtar İmanov Bakı Dövlət Universiteti Filologiya fakültəsinin müəllim və tələbə heyətinə "Azərbaycan lətifələri" mövzusunda ustad dərsi keçmişdir. Akademik Muxtar İmanovun xalq gülüş mədəniyyəti, folklorda ciddilik və komizm, Azərbaycan lətifələrinin poetikası kimi məsələlər barədə nəzəri fikirləri böyük maraqla qarşılanmış, geniş diskussiyaya səbəb olmuşdur.
Tədbiri BDU-nun Filologiya fakültəsinin „Azərbaycan şifahi xalq ədəbiyyatı“ kafedrası təşkilat etmişdir. Qeyd edək ki, bu tipli tədbirlərin məqsədi həm də AMEA ilə ali təhsil müəs-sisələri arasında elmi əməkdaşlığı genişləndirmək, AMEA-da aparılan tədqiqatlar və gəlinən son elmi nəticələrlə tədris müəssisələrinin müəllim-tələbə heyətini tanış etməkdir.

 
© Muxtar KAZIMOĞLU   2014.