Muxtar  KAZIMOĞLU
(İMANOV)

Azərbaycan Milli Elmlər Akademiyasının Folklor  İnstitutunun  direktoru,
akademik

 

 

 

 

 








 




   
   
   
 
   
   
16.07.2018

Muxtar Kazımoğlu-İmanov “Söz” Akademiyasının üzvü seçilib

İyulun 13-də Türkiyənin "Söz” Akademiyasının rəhbəri, prof.dr. Hayrettin İvgin, Samsunun Vəzirköyü bələdiyyə başkanlığının nümayəndəsi İbrahim Sadık Edis, Rusiyanın Moskva Dövlət Humanitar və İqtisadiyyat Universitetinin müəlliməsi Səlvinaz İsmayılova AMEA Folklor İnstitutunun qonağı olublar. İnstitutun direktoru, akademik Muxtar Kazımoğlu - İmanov qonaqları səmimiyyətlə qarşılayıb, rəhbərlik etdiyi elmi müəssisənin iş həyatı, yeniliklər haqqında bilgi verib.


Görüş zamanı bildirilib ki, Samsun rayonu Vəzirköyü bələdiyyəsi ilə Bakının Mehdiabad qəsəbəsi bələdiyyələri “Ortaq şəhər” layihəsi hazırlayırlar. Bu layihəyə Folklor İnstiutunun da kültürəl dəstək göstərməsi təklif edilib. M.K.İmanov təklifi qəbul edib, fikirlərini bölüşüb.
Daha sonra prof.dr. Hayrettin İvgin M.K.İmanovu “Söz” Akademiyasının üzvü seçilməsi ilə bağlı təbrik edib. Vurğulanıb ki, indiyə kimi akademiyanın 76 üzvü seçilib. Akademik Muxtar Kazımoğlu - İmanov təltifə görə təşəkkürünü bildirib, elmi qurumlar arasında yaradıcı münasibətlərin davam etməsinin gərəkliyini bildirib.
Sonda qonaqlara institutun nəşrləri hədiyyə edilib.

 
© Muxtar KAZIMOĞLU   2014.